13-10-2017 [10:18]
ABŞ-la Türkiyə arasında viza böhranı deyəsən tədricən yumşalır.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, bu gün ABŞ Dövlət Departamenti gərginliyi azaldacaq anons verib.
Belə ki, Departamentin sözçüsü Hiza Nauert bu gün deyib ki, Türkiyə ilə artan gərginlyin düşməsini gözləyirlər: "Biz həbs edilən konsulluq əməkdaşının vəkilləri ilə görüşdürülməsini gözləyirik. Arzumuz bir an aramızdakı gərginliyin düşməsidir. Türkiyə bizim çöx vacib NATO müttəfiqimizdir".
Xatırladaq ki, Nauert bundan əvvəl Ərdoğanın "agent" deyərək, sərt şəkildə tənqid etdiyi ABŞ-ın Ankaradakı səfirini müdafiə edən açıqlama verməklə yanaşı, Türkiyəyə təhdidvari mesajlar vermişdi.
O, "Ankaradakı səfirimiz Con Bass ölkəmizin ən yaxşı diplomatlarından biridir. Səfir Bassın Türkiyədə vəzifə daşımasından qürur duyuruq. Qadı ki, viza qərarına, bu qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb", - deyərək, münasibətlərin düzəlməsinin ABŞ-dan deyil, Türkiyədən aslı olduğunu bəyan etmişdi: "Bundan sonrakı vəziyyət Türkiyənin atacağı addımlara bağlıdır".
Sözcü konsulluq əməkdaşının həbsini də "rahatsızedici" olduğunu qeyd edərək, Türkiyə iqtidarının niyə belə addım atmasının bəzi suallar yaratdığını vurğulayıb: "Həbs edilən konsulluq əməkdaşının indiyədək vəkillə təmin edilməməsi də xəyal qırıqlığı yaradıb".
Oktaybrın 11-də ABŞ-dan gələn bu vəkil tələbi haqda iddialara dünən Türkiyə rəsmiləri "Saxlanılan şəxs bu günədək nə vəkili, nə də ailəsi iilə görüşmək tələbi irəi sürməyib. O yalnız bu gün vəkili ilə görüşmək istədiyini deyib. O, bazar ertəsi vəkili ilə görüşəcək" - cavabını verib.
Vəkil tələbinə Ərdoğan da dünən reaksiya verib:"Türkiyə hüquqi bir dövlətdir. Heç kimsənin aiəsi ilə görüşmək və vəkil tələbi geri çevrilməyib. Tələb edərsə, görüşəcək".
Ərdoğan dünən eyni zamanda, ABŞ-a çox sərt mesaj göndərərək, bu və ya digər hərəkətlərin strateji müttəfiqliklə bir araya sığmadığını bəyan edib.
Türkiyə lideri rəsmi Vaşinqtona ağır ittihamlar səsləndirməklə yanaşı, oradan silah alınmasını da dayandıra biləcəklərini, hətta strateji müttəfiqliyi də arxa plana keçirə biləcəklərinə açıq işarələr vurub:
"Bunlar Türkiyəni kar, kor hesab edirlər. Yox, elə bir şey. Türkiyə daha əvvəlki ölkə deyil. ABŞ-la ticarət dövriyyəmiz son illər 15-16 milyarda düşüb. Onlar bizdən çox az şeylər alır. Biz isə onlardan əsas silah alırıq. Daha bunu da almarıq. Türkiyə polisi sabahdan yeri silahlara keçəcək. Tədricən bu problemi də yoluna qoyacağıq.
Bizim üçün əvvəlcə vətən, millətdir, gerisi təfərrüatdır. Yox, tələbələr, iş adamları ABŞ-a gedə bilmir-filanlar, bunlar vətən, millətin yanında heç bir şeydir...".
Nə isə. Ərdoğanın dünənki sərt açıqlamasından sonra rəsmi Vaşinqtonun bugünkü mesajı münasibətlərin qaydaya düşəcəyinə ciddi inam yaradıb. Departamentin bu gün verdiyi açıqlama məhz o o qənaəti yaradır ki, yaxın günlərdə böhran aradan böyük ölçüdə qalxacaq.
Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfriliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.
Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb və konsulluğun daha bir əməkdaşını da FETÖ şübhəsi ilə həbs etmək istəyib.
Lakin həmin şəxs konsulluğu tərk etmədiyindən türk polisi buna nail ola bilməyib. Bundan sonra isə tərəflər arasındakı gərginlik daha da artıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi