12-10-2017 [22:01]
"Bu gün Azərbaycan ictimaiyyətində Avropa Şurasına qarşı böyük etiraz var. Daxili və xarici siyasətində hər zaman Avropaya inteqrasiya yolunu tutan, Avropa Şurası ilə ikitərəfli əlaqələrə həssas yanaşan ölkəmiz təəssüf ki, zaman-zaman qarşı tərəfdən haqsız və ədalətsiz münasibətlə üz-üzə qalır.
Elə bugünlərdə AŞPA-da həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamənin qəbul edilməsi qurumun ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətin bariz nümunəsidir".
Bu fikirləri Mia.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadənin sözlərinə görə, bu gün ölkə daxilində, xüsusilə də xaricdə ölkəmizin sürətli inkişafını gözü götürməyən antiazərbaycan ünsürlər var:
"Azərbaycan malik olduğu enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edərək Avropanın etibarlı enerji təchizatçısına çevrilməkdədir. Həyata keçirilən qlobal layihələr bu reallığı bir daha ortaya qoyur. Təəssüf ki, Avropada bəzi dairələr ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu həzm edə bilmirlər. Ona görə də bəzən bu cür qətnamələrin qəbul edilməsinin şahidi oluruq.
Birmənalı şəkildə vurğulayıram ki, bu dairələrin arxasında erməni lobbisinin və erməpərəst qüvvələrin barmağı var. Bu isə AŞPA-nın qərəzli dairələrin əlində alətə çevrildiyini bir daha təsdiqləyir. Məhz antiazərbaycan, ermənipərəst qüvvələrin xüsusi "fəallığı” sayəsində zaman-zaman ölkəmizə qarşı çirkin kampaniya həyata keçirilir. Ancaq AŞPA-nın ölkəmizlə bağlı məlum qətnamələri yalnız qurumun fəaliyyətinə kölgə sala bilər.”
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Avropa Şurasında İslam ölkələrinə qarşı böyük bir qərəz hiss olunur:
"Bu gün Avropada hökm sürən islamofobiya, kssenofobiya dünya üçün böyük təhlükədir. Bu halda hansı insan hüquq və azadlıqlarından danışmaq olar? İnsanlar arasında dini, irqi ayrı-seçkilik qoymaq hansı Avropa dəyərlərinə uyğundur? Təbii ki, AŞPA qarşısında bu kimi bir çox məsələni qaldırmaq olar. Hər bir halda hesab edirəm ki, AŞPA-nın məlum qətnamələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir.”
"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç kimin ölkəmizin daxili işlərinə qarışmağa haqqı yoxdur:
"Qeyd etdiyim bu və digər məqamlar beynəlxalq hüququn təməl prinsiplərində öz əksini tapıb. Təəssüf ki, bu gün biz dünyada arıtq "beynəlxalq hüquq” anlayışının arxa plana keçdiyini görürük. Bu gün "beynəlxalq hüquq” müstəqil və balanslaşdırılmış siyasət yürüdən dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilib. Bu isə qəbuledilməzdir. İstər AŞPA, istəsə də başqa bir beynəlxalq qurum Azərbaycanla zor dilində danışa bilməz. Bizim öz siyasətimiz, öz yolumuz var. Təbii ki, bu siyasət demokratik prinsiplərə, bəşəri dəyərlərə, dövlətçilik və milli maraqlar əsaslanır.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi