12-10-2017 [18:55]
Iraqın baş naziri Heydər el-İbadi Kürd Muxtariyyətinə hücum olunacağı haqda xəbərlərə reaksiya verib.
Mia.az xəbər verir ki, o, İraq Dövlət Televiziyasına açıqlamasında kürdlərlə savaş başlatmayacaqlarını deyib.
Baş nazir bildirib ki, Iraqın birliyini qorumaq vəzifələridir: "Konstitusiyanın tətbiq olunması, vətəndaşların təhlükəsizliyi, milli sərvətimizin qorunması bizim daxili vəzifəmiz və birbaşa işimizdir".
Şimali İraq Kürd Muxtariyyətindən verilən açıqlamada isə deyilir ki, İraq mərkəzi hökuməti Kərkükə daxil olmaq üçün böyük hərbi əməliyyata hazırlaşır.
Peşmərgənin qərb cəbhəsinin komandiri Kamal Kərküki bildirib ki, təkcə Haşdi Şabi qruplaşması son üç gündə Kərkükün şimal qərbinə ağır silahlarla təmin olunmuş xeyli əsgər gətirməyə başlayıb: "Haşdi Şabinin yerləşdiyi ərazi ilə bizim aramızdakı məsafə artıq 500 metrə çatıb. Haşdi Şabi isə durmadan bölgəyə əlavə qüvvələr yeridir. Dünəndən isə əraziyə top, tank və çoxlu sayda digər texnika gətirilib. Əgər Kərkükün ətrafında İŞİD-ə qarşı əməliyyat bitibsə, o zaman bu qədər silahlı qüvvənin bizimlə təmas xəttinə niyə gətirilməsi sual doğurur. Bu, müharibə hazırlığı deyilsə, nədir bəs?".
Digər bir məlumata görə, İraq ordusu da Kərküklə sərhədə 3 minlik hərbi qüvvə yeridib. Həmin qüvvələrin Kərküklə 15 km-lik məsafədə mövqe seçib, əmr gözlədikləri deyilir.
***
"DHA"ya açıqlama verən Iraq Türkmən Cəbhəsinin Kərkük üzrə rəhbəri Mehmet Seman Ağaoğlu isə bildirib ki, hazırda şəhərdə vəziyyət gərgindir: "Çünki PKK terror təşkilatı 700 nəfərlik xüsusi təlim keçmiş silahlı qüvvə ilə peşmərgəyə dəstək üçün Kərkükə girib".
Haşdi Şabiyə daxil olan türkmən qüvvələrinin komandiri isə "Əgər Kərkükdəki türkmənlərə hücum olarsa, peşmərgə bunun cavabını dərhal alar" deyə, bəyanat yayıb.
****
Bir neçə ciddi qaynaqlı xəbər agentliklərin məlumatına görə, hazırda Kərkükün daxilindəki giriş və çıxış nöqtələrinə peşmərgəyə məxsus və tanklarla təchiz olunmuş qüvvələr nəzarət edir.
İraq ordusu və Haşdi Şabinin türkmənlərdən ibarət qüvvələri isə Kərkükü çəmbərə alaraq, nəzarət buraxılış məntəqələrini uzaqdan hədəfdə saxlayır.
"AA" agentiyinin xəbərinə görə isə, İraq ordusu və Haşdi Şabinin bölgəyə qüvvə yeritməsindən sonra İraq Kürd Muxtariyyətində ciddi bir təlaş yaranıb. Məlumata görə, peşmərgələr Mosul və Kərkükdən Ərbilə gələn iki əsas yolu bağlayıb, təmas xəttində müdafiə qurmağa başlasalar da, xalq yaxın günlərdə böyük savaşın başlanacağından tədirgin olub: "Hazırda şəhərdə böyük bir gərginlik var. Əhali çaşqınlıq və həyacan içindədir. Küçələrə çıxmağa qorxurlar. Xüsusən də dünən şəhərdə baş verən bir neçə partlayışdan sonra əhali şəhərdən köç etmək üçün yollar axtarmağa çalışır..."
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi