12-10-2017 [12:49]
Birləşmiş Ştatlar Hizbullaha qarşı təzyiqi gücləndirmək üçün səylərini artırır.
Bu günlərdə Vaşinqton İranın himayə etdiyi terror qruplaşmasının yüksək rütbəli rəsmilərindən ikisinin həbsinə gətirib çıxaracaq məlumat üçün milyonlarla dollar təklif edib.
Çərşənbə axşamı Dövlət Departamenti Hizbullahın Xarici Təhlükəsizlik Təşkilatına başçılıq etdiyi Təlal Həmiya ilə bağlı hər hansı məlumat üçün $7 milyon, 1983-cü ildə ABŞ Donanmasının Beyrutdakı sığınacaqlarının bombalanmasına yardım etmiş yüksək rütbəli əməliyyatçı Fuad Şükürlə bağlı məlumat üçünsə $5 milyon dollar dəyərində mükafat irəli sürüb.
"Qrup bu cür terror aktları törədə bilmək üçün qlobal miqyasda qüdrət əldə etməyə çalışır,” Terrora Qarşı Milli Mübarizə Mərkəzinin direktoru Nikolas Rasmussen bildirib. O, heç bir təhlükənin qaçılmaz olmadığını və Hizbullahın aktiv şəkildə ABŞ-ı hədəf almağa çalışdığını deyib.
İranın tərəfdaşı...
ABŞ kəşfiyyatı uzun zamandır Livanda faəliyyət göstərən Hizbullahı İranın terror fəaliyyətlərindəki əsas tərəfdaşı olaraq görürdü. Rəsmilər deyir ki, Hizbullah əməliyyatçıları bütün dünyada aktivdir və 2012-ci ildə Bolqarıstanda ölümcül hücum törədib, bundan əlavə, Azərbaycan, Misir, Kipr, Tailand və Peruda da sui-qəsdlər planlaşdırıb.
Terror əleyhinə mübarizə idarəsinin rəsmiləri Hizbullahın inkişaf etmiş raket arsenalını genişləndirməsindən, eyni zamanda özünün silah istehsal edən zavodlar tikməsindən narahatdır.
ABŞ-ın terror qarşı mübazirə aparan əməliyyatçıları Küveyt və Nigeriyada Hizbullaha məxsus silah önlükləri aşkar edib.
Hizbullaha qarşı ən son addım olaraq ABŞ prezidenti Donald Tramp terror qrupun əsas sponsor İranın 2015-ci ildə əldə olunan nüvə razılığına əməl edib-etmədiyini açıqlayacaq.

Hizbullah lideri Səyyid Həsən Nəsrallahın tərəfdarları 2006-cı ildə İsraillə müharibənin ildönümünü qeyd edir
Ötən həftə Tramp İranın razılığa əməl etmədiyini düşündüyünü və nüvə razılığını ləğv edə biləcəyini deyib.
Lakin bunun İranın Hizbullahdan istifadəsinə necə təsir göstərəcyi aydın deyil. Terror əleyhinə mübarizə aparan yüksək səviyyəli rəsmilər razılıqla Hizbullahın fəaliyəti arasında birbaşa əlaqə görmədiklərini deyir.
Lakin ABŞ ordusunun rəsmiləri nüvə razılığı nəticəsində açılan $50-150 milyard dollar dondurulmuş aktivlərin İranın dəstəklədiyi qüvvələrə, xüsusilə də Hizbullaha axdığından narahatdır.
ABŞ-ın Hizbullah əleyhinə səylərini çətinləşdirən bir başqa məsələ də bəzi ölkəlrin təşkilatı həm terror qrupu həm də siyasi partiya olaraq görmələridir. Livanda isə Hibullahın bəzi üzvləri parlament üzvü və nazir olaraq fəaliyyət göstərir.
Lakin çərşənbə axşamı Dövlət Departamentinin terrora qarşı koordinatoru Neyten Seyls deyib ki, Hizbullaha qarşı mübarizə aparmaq Tramp admnistrasiyasının əsas prioritetidir.
"Hizbullahın heç bir siyası qolu yoxdur. O, vahid təşkilatdır, terror təşkilatıdır,” Seyls deyib.
Seyls həmçinin bildirib ki, Livan Hizbullahı terror təşkilatı olaraq tanımalı olsa da, ABŞ Livan höküməti və ordusu ilə işləməyə davam edəcək.
Seyls Livanın silahlı qüvvələrini "Livan sərhədini terror təhlükələrindən qorumaq üçün effektiv tərəfdaş” adlandırıb.
Lakin çərşənbə axşamı yüksək vəzifəli İsrail rəsmisi Livanın silahlı qüvvələrinin Hizbullah liderlərinin təsirinə məruz qaldıqları ilə bağlı narahatlığını ifadə edib.
"Livan ordusu müstəqilliyini itirib və Hizbullah aparatının ayırlmaz bir hissəsinə çevirilib,” deyə İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib/amerikaninsesi.org.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi