11-10-2017 [18:47]
Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranında adı qırmızı xətlə keçən Amerikanın Ankaradakı səfiri Con Bass bu gün "Diplomatiya müxbirləri" dərnəyində keçirilən topantıda gündəmlə bağlı açıqlama verib.
Mia.az "Habertürk TV"yə istinadən xəbər verir ki, Con Bass ifadəyə çağırılan baş konsülluq əməkdaşı N.M.C-nin ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda saxlandığı haqda iddiaları təkzib edib: "ABŞ diplomatik missiyalarında heç kim saxlanılmır. Heç bir əməkdaşımızı da istintaqdan yayındırmırıq".
Səfir çıxarıldığı məhkəmədə həbs edilən konsulluğun digər əməkdaşı Mətin Topuz haqqında da danışıb:
"Topuzun niyə həbs olunması haqda hələ də bir cavab ala bilmirik. Əgər o, vəzifə səlahiyyətini aşıb, başqa əlaqələr qurubsa, bunun sübutlarını görməkdən məmnun olarıq. Topuz mütəşəkkil cinayətlər və narkotiklərə qarşı mübarizə departamentində işləyib. Onun sayəsində bir çox narkotik qaçaqmalçı həbs olunub".
Con Bass deyib ki, viza qadağası haqda qərar səfirlik tərəfındən deyil, ABŞ höküməti tərəfındən alınıb.
Viza böhranının İncirlik hərbi bazası və digər sahələrdəki hərbi əməkdaşlığa necə təsir edəcəyi haqda suala gəldikdə isə, səfir bildirib ki, bu sualı türk səlahiyyətlilərinə vermək lazımdır.
Səfir Gülənin təhvil verilməsi tələbinin digər tələblərdən fərqlənmədiyini deyib. Əlavə edib ki, Türkiyə ilə bir çox sahələr üzrə çox yaxşı iş birliyi var: "Məsələn, Türkiyədə 9.5 aydır İŞİD terror aktı keçirə bilmir. Bunun səbəbi ABŞ-Türkiyə iş birliyidir".
Con Bass Şimali İraqda keçirilən referenduma da münasibətini açıqlayıb və qeyd edib ki, ABŞ müstəqil kürd dövlətini və bölgədə yeni kürd dəhlizinin yaradılmasını dəstəkləmir.
Sonda isə o, həftənin sonunda Türkiyədən ayrılacağını deyib.
Qeyd edək ki, Con Bass ABŞ-ın Əfqanıstandakı səfiri təyin edilib.
Xatıradaq ki, rəsmi Ankara, daha dəqiqi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan viza qamaqalında məhz səfir Con Bassı günahlandırıb və onu tənqid edib:
"Sən (Con Bassa xitabən-redak) Türkiyə - ABŞ münasibətlərini necə pozarsan? ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ şübhəlisinin orada işlədiyi üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ konsulluğuna necə sızıb və ya kim onları ora soxub?
Bu səfir Türkiyədə vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük".
Ərdoğanın səfiri hədəfə alan açıqlamasını aşağıdakı videodan tam izləyə bilərsiniz:
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi