11-10-2017 [13:42]
Oktyabrın 11-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.
Rusif Ağayev 1987 – ci il aprelin 16 – da Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına hərbi məktəbə imtahan verib. Arzuladığı hərbi məktəbə qəbul olmaq üçün Rusif Ağayevin çox cuzi balı çatmır. Ailəsinin etirazlarına baxmayaraq və hərbi məktəbə qəbul ola bilməməsi onu bu arzusundan daşındıra bilmir. Rusif Ağayev hərbi xidmətini başa vurduqdan sonra öz ərizəsi ilə yenidən ordu sıralarına qoşulur. Bu dəfə Xüsusi Təyinatlıların sırasında olur. 6 ay ərzində Xüsusi Təyinatlılara məxsus çətin təlimlərini uğurla başa vurur.
Rusifin həyat yoldaşı Mahrux xanım bildirir ki, Rusifin vətənə, torpağa olan sonsuz sevgisi onu bu yoldan çəkindirə bilmədi:
"Dəfələrlə müqaviləsi bitəndə yanımızda olmasını, hərbidən uzaqlaşmasını istəyirdik. Amma o heç vaxt bizim bu istəklərimizə əməl etmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci mən gedəcəm. Elə də oldu. Martın 28 - də bizi rayona yola saldı. "Şamaxıya təlimə gedəcəm” dedi. Sonuncu dəfə onu mart ayında gördük. Aprelin 1 – də Tərtərə yola düşdü. Aprelin 4 – nə kimi əlaqə saxladıq. Aprelin 5 – də qardaşına mesaj yazıb ki, şər deməsən xeyir gəlməz.
"Uşaqlara, Mahruxa necə baxmışamsa, elə baxın. Ataya əmanət” – deyib. Mənimlə sonuncu dəfə aprelin 6 – da səhər, bir də günorta saatlarında danışdı. Daha sonra nə qədər zəng edirdimsə, telefonu cavab vermədi ... Aprelin 7 – də bizə onun şəhid olduğunu bildirdilər”...
Mahrux xanım Rusifin iki yadigarına – Zəhra və Əliyə hələ də atalarının şəhid olduğunu deyə bilmir... Körpələr hələ də atalarının Türkiyədə təlimdə olduqlarını düşünürlər. Analarına ""Ataya denən gələndə bizə oyuncaq gətirsin” – deyirlər... Onlar dərsdə olanda atalarından istədiklərini alıb gətirirəm. "Ata sizə oyuncaqlar göndərib” – deyirəm... Onların bu xəbərə hazır olmadıqlarını bildirən Mahrux xanım hər ay Lənkəran şəhərinə gedir, həyat yoldaşı Rusif Ağayevin məzarını ziyarət edir. "Uşaqlarla birgə hər ay Lənkərana onu ziyarətə gedirik. Qızım”ana, niyə atamın şəklini bura vurublar. Mənim atam ölməyib axı” – deyir... Ona "Atanın dostunun şəkili yox idi. Ona görə ata öz şəkilini verib” – deyirəm... Qızım atasına çox bağlıdı, onunla nəfəs alır. Bir az zaman keçməsini, bir az da böyümələrini gözləyirəm. Amma onda da onlara bunu necə deyəcəm, bilmirəm... Çox çətindi, çox...”
Mahrux xanım bildirdi ki, Rusif çox ailəcanlı, uşaqlarını, ailəsini sevən, onların qayğısına qalan adam idi. "Uşaqlar onun üçün bir dünya idi. İşdən evə nə qədər də yorğun gəlsəydi, onların istədiyi hər bir şeyi anındaca yerinə yetirərdi. Biz yeddi il bir yerdə yaşadıq. O qədər xoşbəxt ömür sürdük ki... Bir gün belə bir günün – onsuz bir həyatın var olacağını heç vaxt düşünməmişdim. Bütün təlimlərdən, müharibələrdən hər zaman sağ – salamat qayıdıb gələcəyinə inanırdım. Hələ də onun yoxluğuna inana bilmirəm. Həmişə deyirdi ki, "gedirəm, amma qayıtmaya da bilərəm. Sən həmişə hər şeyə hazır ol”. İndi fikirləşirəm ki, o hər zaman məni bu gün üçün hazırlayırdı...”.
Nigar Adil
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi