11-10-2017 [10:39]
"Ötən ilin noyabrında prezident Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı və mütəxəssilər qısa müddətdə subasma hallarının daha çox müşahidə olunduğu əraziləri müəyyənləşdirərək təkliflər hazırladılar. Bu təkliflərə hökumət səviyyəsində baxıldı və Nazirlər Kabineti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam layihəsə qəbul etdi”.
Mia.az xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov yağışlardan sonra küçələri su basması haqda suala cavab verərkən deyib. O, bildirib ki, burada Abşeron yarımadasının subasma təhlükəsi olan müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu: "2017-ci ilin may ayında tikinti-quraşdırma işlərinə başlanılıb və qısa müddətdə 8 ərazidə - Böyükşor, Taşağıl və Məhəmmədi gölləri, Ramana Südçülük Sovxozu, Əhməd Cəmil, Əliyar Əliyev, Yusif Səfərov, Kazımağa Kərimov küçələrində layihələrin icrası yekunlaşıb. Bu layihələr çərçivəsində layihələndirilmiş 17 km-dən çox kollektor və nasos stansiyaları inşa edilib. Bu layihələrin bəziləri haqqında qısa məlumat vermək istərdim.
Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə 2,9 km kollektor inşa olunub. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə 1,5 km kollektor tikilmişdir. Subasma hallarının daha çox qeydə alındığı Ziya Bünyadov prospektində də işlər intensiv şəkildə davam etdirilir.
Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 km layihələndirilən kollektorun 1,6 km-lik hissəsi tikilib. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Qarşıdakı bir ay ərzində layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bununla da subasma təhlükəsi olan bəzi küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda göllərdə suyun səviyyəsini tənzimləməklə yaşayış evlərinə ziyan vurma təhlükəsini aradan qaldıracaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi