11-10-2017 [09:17]
ABŞ-la Türkiyə arasında viza böhranı hər keçən gün dərinləşir.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti iki günlük səssizlikdən sonra bu gün gərginliyə münasibət bildirib.
Departamentin sözçüsü Hiza Nauert gərginliklə bağlı keçirdiyi mətbuat konfransında Türkiyəyə və Ərdoğana çox açıq mesajlar verib.
Nauert dünən Serbiya prezidenti ilə birgə mətbuat konfransında Ərdoğanın "Biz ABŞ-ın Ankaradakı səfirinin qəbul etmirik, onu təmsilçisi kimi görmürük. Bir an geri çağırılmalıdır", - deyə, Vaşinqtona ünvanlanmış çağırışına isə dolayısı ilə rədd cavabı verib:
"Ankaradakı səfirimiz Con Bass ölkəmizin ən yaxşı diplomatlarından biridir. Səfir Bassın Türkiyədə vəzifə daşımasından qürur duyuruq".
Departamentin sözçüsü deyib ki, Türkiyəyə qarşı viza qərarı səfir tərəfindən özbaşına verilməyib:
"Bu qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb".
Sözcü konsulluq əməkdaşının həbsini "rahatsızedici" olduğunu qeyd edərək, Türkiyə iqtidarının niyə belə addım atmasının bəzi suallar yaratdığını vurğulayıb:
"Həbs edilən konsulluq əməkdaşının indiyədək vəkillə təmin edilməməsi də xəyal qırıqığı yaradıb".
Sonda isə o, münasibətlərin düzəlməsinin ABŞ-dan deyil, Türkiyədən aslı olduğunu bəyan edib:
"Bundan sonrakı vəziyyət Türkiyənin atacağı addımlara bağlıdır".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Serbiyada viza böhranı ilə bağlı Amerikanı günahlandırıb:
"Əvvəlcə deyim ki, bu krizi biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-ın özüdür. Baxın, ABŞ-ın yüskək çini məmurları bizim Xarici işlər naziri ilə görüşmür, belə görüşmələrə artıq yadırğamışıq. ABŞ-ın Ankaradaki bir səfirinin belə bir qərar alması və daha sonra "bunu dövlətim adına aldım" deməsi düşündürücüdür.
Vəziyyət belədirsə, ABŞ-dakı üst qurumlarla danışacaq bir şeyimiz yoxdur. Yox, əgər vəziyyət əksinədirsə, bu qərar səfir tərəfindən özbaşına alınıbsa, onda həmin səfir bir dəqiqə belə saxlanılmamalıdır".
Ərdoğan daha sonra deyib ki, əgər Türkiyənin səfiri belə bir iş görsə, onu bir dəqiqə vəzifədə saxlamaz:
"Sən necə Türkiyə - ABŞ münasibətlərini pozarsan? ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ əlaqəlisinin orada olduğu üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ-ın konsulluğuna necə sızıb və ya kim onları ora soxub?".
Ərdoğanın sözlərinə görə, heç bir dövlət bu cür agentlərə icazə və imkan verməz:
"Yenə deyirəm, Türkiyə bir qəbilə dövləti deyil. Əsrlərə söykənən bir dövlət ənənəmiz var. Bu səfir (ABŞ-ın Ankaradakı səfirini nəzərdə tutur- red.) vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük".
Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfriliyi bir neçə gün əvvəl Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.
Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb və konsulluğun daha bir əməkdaşını da FETÖ şübhəsi ilə həbs etmək istəyib.
Lakin həmin şəxs dünəndən konsulluğu tərk etmədiyindən türk polisi buna nail ola bilməyib. Həmin şəxsin həyat yoldaşı və övadının isə ifadələri alınıb.
Bu gün Türkiyə mətbuatı yazıb ki, türk polisi ikinci şübhəlini saxlamaq üçün konsulluq binasını ciddi nəzarətə götürüb: "Polis şübhəlinin qaça biləcəyinə qarşı hər cür tədbir alıb".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi