10-10-2017 [21:57]
Oktyabrın 10-da Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının təsis olunmasının 20-ci ildönümü qeyd edilib.
İldönümü ilə bağlı üzv ölkələrin xarici işlər nazirləri Tbilisidə keçirdikləri son görüşdə təşkilatın durumuna dair optimistik bəyanatlar versələr də, bu iki onillikdə qurumun uğuru barədə fikirlər müxtəlifdir.
"BBC Azərbaycanca"ya danışan ekspertlər qurumun hazırkı vəziyyəti və fəaliyyətilə bağlı dəyərləndirmələrini bölüşüb. Bəziləri onu "ölü doğulmuş" təşkilat adlandırıb. Digərləri isə azad iqtisadi zonanın yaradılmasına dair təklifləri xatırladaraq onun gələcəyinə daha ümidverici yanaşıblar.
1997-ci ildə yaradılmış GUAM təşkilatın adı üzv ölkələrin baş hərflərini əks etdirir: Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova.
Regional təşkilat demokratiya, iqtisadi inkişaf və ərazi bütövlüyünün təminatı kimi regional münaqişələrin həllini prioritet adlandırır.
2002-2005-ci illərdə təşkilata Özbəkistan da daxil olub. Həmin zaman təşkilat GUUAM kimi tanınıb.
"Təşkilatın təsisçiləri Moskva ilə müəyyən siyasi çətinliklər yaşayan sabiq SSRİ ölkələri idi ki, ümumi mənafelər uğrunda təbii ittifaqa daxil olublar", - Gürcüstanın İlya Universitetinin professoru, politoloq David Darçiaşvili deyir.
Onun sözlərinə görə, 20 il əvvəl GUAM yaradılanda əsas məqsəd Rusiyanın bölgədə nüfuzunu məhdudlaşdırmaq idi.
David Darçiaşvilinin sözlərinə görə, Moskva GUAM ölkələrindəki münaqişələrə aidiyyəti olmadığını desə də, fakt budur ki, bu quruma üzv ölkələrın hamısı separatçılıq və ərazi problemlərilə üzləşiblər.
GUAM-ın baş katibi Altay Əfəndiyevin sözlərinə görə üzv ölkələr ərazilərinin "işğal olunması faktı ilə bağlı vahid mövqedən çıxış etməlidirlər".
"Şübhəsiz ki, GUAM ölkələrinin hər il BMT Baş Assambleyasına çıxardığı "GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" qətnamə layihəsi əhəmiyyətli və müntəzəm birgə təşəbbüsüdür", - Altay Əfəndiyev bildirib.
Münaqişələrin həlli baxımından GUAM-ın mövqeyi önəmli olsa da, onun imkanları kifayət qədər məhduddur,
GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rasim Musabəyov belə hesab edir.
Onun sözlərinə görə təşkilata dair "realistik olmaq lazımdır", çünki o, vahid siyasi platformada ümumi mövqedən çıxış etmək imkanı verir:
"Heç kim gözləmir ki, bütün üzv ölkələr birləşsə də, deyək ki, Ukrayna və Azərbaycanda münaqişələr öz həllini tapacaq".
"BBC Azərbaycanca"ya danışan millət vəkili deyir ki, GUAM MDB-yə balans olub, onun güclənməsinə, SSRİ-nin yeni şəkildə yaranmasına yol verməməli idi və təşkilat bu vəzifənin öhdəsindən gələndən sonra bir növ öz strateji xəttini itirmiş oldu: "Baxın, Rusiya artıq MDB ideyasından uzaqlaşıb Avrasiya İqtisadi İttifaqını inkişaf etdirir."
Tbilisidə GUAM-ın 20 illik yubileyinə həsr olunmuş görüşdən sonra Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib ki, üzv ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində bu ilin sonunadək irəliləyişin olacağı gözlənilir.
"Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək", deyən nazir təşkilatın gələcəyinə dair pozitiv olduğunu bildirib.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili isə beynəlxalq arenada söz sahibi olmaq üçün GUAM formatında "qətiyyətli" addımların atılmasını məsləhət görüb.
Azad iqtisadi zona GUAM-ı canlandıracaqmı?

Mart ayında Kiyevdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında müvafiq protokolların imzalanmasının ardınca Ukraynanın baş naziri Vladimir Groysman təşkilat tarixində "yeni səhifə"nin açıldığını deyib: "Biz GUAM çərçivəsində azad ticarət zonasının tətbiqini sürətləndiririk, nəqliyyat logistika üçün hansı imkanların olduğunu təhlil edirik".
Hərçənd ki, təşkilatın gələcəyinə dair optimizmi bölüşməyən rusiyalı təhlilçilər iqtisadi təşəbbüsün kağız üzərində qalacağını düşünürlər.
"GUAM Rusiyanın nüfuzunu azaltmaq üçün ölü doğulmuş təşkilatdır. Onu iqtisadi təşəbbüslər vasitəsilə canlandırmaq mümkün olmayacaq", - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi araşdırmalar mərkəzindən ekspert Mixail Aleksandrov deyir: "Bu dövlətlərin əsas iqtisadi partnyoru Rusiyadır. Belə bir şəraitdə öz aralarında azad iqtisadi zona barədə danışmaq siyasətdən başqa bir şey deyil. Bu ölkələrin bazarları birləşsə belə kiçik həcmli qalacaq".
David Darçiaşvili isə hesab edir ki, GUAM-ın gələcəyi üzv ölkələrin daxili problemlərinin həlli ilə bağlıdır.
"Hazırda üzv ölkələrdə daxil çəkişmələr bu qurumun birliyini zəiflədir. Bu səpkidə korrupsiya qalmaqalına qərq olmuş Moldovanı misal çəkmək olar. Gürcüstanda qərbpərəst düşərgə Saakaşvilinin hakimiyyətdən getməsindən sonra xeyli zəifləyib. Hazırda ardıcıl qərbpərəst siyasətilə yalnız Ukrayna seçilir. Azərbaycan isə, Qərblə Rusiya arasında birmənalı seçim etməyib", ekspert əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi