DAK rəhbərliyi Mübariz ibrahimovun ailəsini ziyarət edib

img

19-08-2010 [11:34]


Türk Xalqlarının Ümumdünya Assambleyası, Dünya Azərbaycanlıları Konqresi və Qazaxıstanda Yaşayan Azərbaycanlıların Etno-Mədəni İttifaqı Milli Qəhrəman Mübariz İbrahimovun anadan olduğu Biləsuvar rayonunun Əliabad kəndində yerləşən evini ziyarət edib. DAK-ın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, Türk Xalqlarının Ümumdünya Assambleyasının birinci vitse-prezidenti Yəhya Əliyev şəhidin ailəsinə böyük ehtiram və məhəbbətini bildirərək onun etdiyi qəhrəmanlığı bütün dünya türklərinə misilsiz örnək və nümunə olduğunu vurğulayıb. O, artıq bütün Türk xalqlarının ümumi qəhrəmanları - Koroğlu, Babək, Koblandı Batır, Manas və digərlərinin yolunu davam etdiyini və vətən yolunda əsl qəhrəman kimi canını fəda etdiyini qeyd edib. Şəhidin atası Ağakərim İbrahimov gələn ziyarətçilərə öz minnətdarlığını bildirib, oğlunu vətən yolunda fəda verdiyini, onunla ailəsi və bütün nəslinin fəxr etdiyini deyib. Hazırda DAK və Türk Xalqlarının Ümumdünya Assambleyası (????) tərəfindən Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək istiqamətində Türk Dünyası Ölkələrinin, Türk Xalqlarının və bütün dünya ictimaiyyətinin qurumlarına Qəhrəman haqqında saytlara məlumatlar verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA