Prezident İlham Əliyevdən yeni təyinat - QSC sədrinin birinci müavini kimdir? + FOTO

img

10-10-2017 [15:50]


Azərbaycan prezidenti İlham Əliyevin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov "Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin birinci müavini təyin edilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, M.Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dövlət Dəniz Yolları Akademiyasını bitirib.

1989-1996-cı illərdə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləyib. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.

2004-2005-ci illərdə "BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.

2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın "CMİ Offshore Ltd” şirkətinin Qazaxıstandakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiyadakı ofislərinin direktoru vəzifəsində çalışıb.

2017-ci ilin iyulundan "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA