10-10-2017 [12:02]
Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkədə sənaye zonalarının yaradılması üçün sahibkarları fəal olmağa çağırıb.
Bu barədə ölkə başçısı çıxışında vurğulayıb ki, sahibkarlar bunun üçün təkliflər verməli, bazarın düzgün monitorinqini aparmalıdır:
"Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir”.
Sahibkarların sənaye zonalarının yaradılmasında maraqlı olmamasının səbəbləri barədə "Qafqazinfo”ya açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev qeyd edib ki, Azərbaycanda sənayə zonaları yaradılıb, ancaq sahibkarlarda bu sahəyə elə də inam yoxdur:
"Çünki hələ də normal şəkildə fəaliyyət göstərmirlər. Ancaq sənaye parklarının yaradılması gözəl perspektivdir. Sahibkara öz məhsulunu dünya bazarlarına çıxartmağa imkan verir.
Sahibkarın bu gün dünya bazarlarına məhsul çıxarması çox çətin məsələdir. Bununla əlaqədar olaraq cənab prezident özü də məsələ qoyur ki, onlar bununla bağlı müraciət edib təkliflər versinlər. Təkcə məhsulun yığılması ilə məsələ bitmir. Onun qablaşdırılması prosesi standartlara uyğun olmalıdır. Qablaşdırma materiallarının hardan alınması üçün birgə iş olmalıdır. İşin qurulması üçün gübrə, texnika kimi vasitələr lazımdır. Bunun üçün sənaye parkları sahibklarlara kömək edə bilər.
O cümlədən hansısa bankdan kredit almaq lazım gələrsə, sənaye zonaları bu məsələdə köməklik edə bilər. Cənab prezident özü də dedi ki, 9 ayda kənd təsərrüfatı sahəsi 2, 8 faiz artım verib. Bu artıq inkişafdır”.
Azərbaycanda torpaq fondunun məhdud olmasına gəlincə isə, deputat bildirib ki, ölkədə 8 milyon hektar torpaq sahəsi var: "Onun 4 milyon hektarı əkinə yararlı hesab olunur. Ondan isə 1 milyon 600 min kv.km hazırda əkilən torpaqlardır. Onun yarısında taxıl, buğda qalanında isə digər məhsullar əkilir.
Mən də hesab edirəm ki, bizdə torpaq sahəsi azdır. Olanların da bir hissəsi şorandır. Burada meliorasiya və irriqasiya işləri aparılmalıdır. Əkin sahəsini nə qədər artırsaq, bizə o qədər xeyirdir. Həm də nəzərə alaq ki, torpağı ömür boyu da əkmək olmur. Bir neçə ildən sonra o dincə qoyulmalıdır. Burada əsas məqsəd məhsuldarlıqdan gedir. Bir var ki 1 hektardan 25-30 sentner taxıl yığasan, bir də var ki 85-100 sentner.
Avropa ölkələrində bu rəqəm orta hesabla 85 sentnerdir. Ancaq bizdə bu rəqəm 32 sentner, ən yaxşı halda isə 55 sentnerdir. Əgər məhsuldarlıq yüksək olarsa, bu, bizim ehtiyatımızı da bağlaya bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi