iqtisadçı-ekspert Vüqar Bayramov seçkilərə qatılacaq

img

18-08-2010 [04:53]


İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov parlament seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə V.Bayramov məlumat verib. İqtisadçı deyib ki, hazırda yaşadığı 18 saylı Nərmanov-Nizami dairəsindən seçkilərə qatılmağı planlaşdırır və bu seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək. Xatırladaq ki, Milli Məclisə seçkilər cari ilin noyabr ayının 7-də keçiriləcək. Artıq ölkədə fəaliyyət göstərən bir sıra ictimai, siyasi təşkilatların parlamentə namizədləri bəllidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA