10-10-2017 [10:18]
Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirmiş oldu.
Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.
Xatırladaq ki, ötən həftə kərə yağının kəskin bahalaşmasından sonra yaranan narazılıqlar bu məhsulun idxalçılarının açıqlama ilə çıxış etməsinə səbəb oldu. Ölkənin 7 ən böyük yağ idxalçısı qiymət artımının səbəblinə dair ictimaiyyətə izahat verdi. Həmin izahatdakı bir fikir xüsusilə diqqəti cəlb edir. Belə ki, idxalçı sahibkarlar bildirdilər ki, "bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır”.
Mia.az xəbər verir ki, "Yeni Müsavat”ın apardığı araşdırmaya görə hazırda bazarda qeyd olunan qiymətə satılan əsasən Rusiya, Belarus və Ukrayna mənşəli kərə yağlarıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan aydın olur ki, 2017-ci ildə bu ölkələrdən yağın kiloqramı 2-4 dollara idxal edilib. Halbuki həmin ölkələrdə yüksək keyfiyyətli (72 və 82,5 faizli) kərə yağının topdansatış qiyməti 5 dollardan aşağı deyil. Bu isə qeyd olunan ölkələrdən gətirilən yağların keyfiyyətini ciddi sual altında qoyur.
Bu fakt diqqəti idxal olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsinə yönəldir. Qeyd edək ki, ölkədə istehsal olunan və kənardan gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsi ötən ilin dekabrında prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan prioritet məsələlərdən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən bu ilin 6 ayı üzrə həmin sənəddə nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi aparılıb. Monitorinq göstərib ki, "Əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərinin formalaşdırılması” prioritetinin icrası istiqamətində işlərə hələ başlanmayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, idxal olunanda bütün növ məhsulların, o cümlədən də ərzaq məhsullarının həm Azərbaycanda, həm də dünyada qəbul olunmuş keyfiyyət standartlarına uyğunluğu yoxlanılır, uyğunluq sertifikatı verilir. Həmin sertifikatları verən təşkilatları Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi seçir: "Onların siyahısı bizim internet saytımızda var. İdxal ediləcək məhsullar uyğunluq sertifikatı verilməsi üçün həmin təşkilatlar tərəfindən sınaq laboratoriyalarında yoxlanılır. Əgər müəyyən olunmuş standartlarla uyğundursa, ona uyğunluq sertifikatı verilir və idxalı həyata keçirilir. Uyğun olmayan məhsula isə belə sertifikat verilmir.”
Bəs hər hansı yolla istehlak bazarına standartlara cavab verməyən, aşağı keyfiyyətli məhsulların çıxarılmasına necə nəzarət olunur? Belə halların qarşısını almaq üçün hansı addımlar atılır?
Qurum rəsmisinin sözlərinə görə, 2 ildir ölkədə sahibkarlıq subyektlərinin yoxlanmasının qadağan olunması haqqında qanun qüvvədədir: "Buna görə də biz istehlak bazarında planlı yoxlamalar aparmırıq. Sadəcə, konkret müraciətlər olanda yoxlama həyata keçiririk. Bildiyiniz kimi, qanunun müddəti noyabrda bitir. Əgər yenidən müddəti uzadılmasa, biz planlı yoxlamaları bərpa edəcəyik. Uzadılsa belə, bu, o demək deyil ki, sahibkarlar aşağı keyfiyyətli, vətəndaşların sağlamlığı üçün təhlükə yaradan məhsulları gətirməlidilər. Onlar bu məsələdə öz üzərlərinə düşən məsuliyyəti layiqincə qiymətləndirməyi bacarmalıdılar.”
Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişikliklər nəticəsində ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, dəyişiklikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq bu sənədlər qaydalardan çıxarılıb. Beləliklə də idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə onların uyğunluq sertifikatı tələb olunmur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi