Ərdoğandan ABŞ-ın "viza qadağası"na reaksiya: "Türkiyə qəbilə dövləti deyil..."

img

09-10-2017 [22:09]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın türk vətəndaşlarına tətbiq etdiyi qadağadan danışıb. 
 
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan ABŞ-ın qərarını üzücü sayıb: 

"Hər şeydən əvvəl üzücü bir qərardır. Xarici İşlər Nazirliyinin yetkililəri bu xəbəri eşidən kimi ABŞ-dakı həmkarları ilə əlaqə saxlayıblar. Nazirimiz qərarı mənə açıqlayanda dedim ki, Türkiyə hüquqi dövlətdir, qəbilə dövləti deyil. Onlar qərarda hansı mətni açıqlayıblarsa, biz də eynisini açıqlayaq. Məsələ bundan ibarətdir".

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. 

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA