Milli Məclisin bir qrup deputatı Pakistanın Azərbaycandakı səfiri ilə görüzüb

img

18-08-2010 [03:46]


Bu gün Milli Məclisin bir qrup deputatı Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində olublar. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, deputatlar səfir Abdul Həmidlə görüşüblər. Milli Məclisin Azərbaycan ? Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Pakistanda güclü təbii fəlakət nəticəsində baş vermiş çoxsaylı insan tələfatına görə səfirə işçi qrupu adından başsağlığı verib. O. bildirib ki, Azərbaycan və Pakistan dost ölkələrdir, hər iki dövlət arasında güclü əlaqələr mövcuddur. Baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan təlafatı ilə əlaqədar Pakistan hökumətinə və xalqına Yeni Azərbaycan Partiyası adından ünvanlanmış başsağlığı məktubu səfir Abdul Həmidə təqdim edilib. Abdul Həmid isə göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycan və Pakistan dost və qardaş dövlət olaraq hər zaman bir birilərini dəstəkləyiblər. Görüşdə Milli Məclisin komitə sədrləri ? Eldar İbrahimov, Hadi Rəcəbli, deputatlar Mübariz Qurbanlı, Siyavuş Novruzov, Musa Quliyev və Cavanşir Paşazadə iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA