09-10-2017 [17:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamina əsasən, Respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə cağırış kompaniyasına start verilib.
İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, bu yöndə rayonda müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də oktyabr ayının 9-da rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, "Şərq sarayı” restoranında keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, sonra isə marş sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı zala gətirildi. 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları " And içirik” adlı ədəbi-bədii kompazisiyanın nümayişindən sonra hərbi xidmətə yola salınan gənclər Azərbaycan bayrağını öpərək müqqədəs Quranın altınan keçmişlər.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağıriş üzrə Dövlət Xidməti Nəsimi rayon idarəsinin rəisi, polkovnik Eldəniz Əliyev çıxış edərək
bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin " Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci ilin oktyabr ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən, hərbi qulluqçuların ehtiyata buraxılması ” haqqında 05 sentyabr 2017-ci il tarixli, 3209 saylı Sərəncamına və "Azərbaycan Respublikasında Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında Azərbaycan Respublikası Qanununa əsasən ” Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə çağırışına başlanılmışdır. Eldəniz Əliyev cıxış edərək Azərbaycan Silahlı Quvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Quvvələrin formalaşmasında və güclənməsində
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Quvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışdı.
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək hərbi xidmətə yola salınan gənclərə uğurlar arzuladı.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bidirdi ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bir həqiqət var ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Odur ki, Ümummilli Liderimiz Heydər Əliyev güclü ordunun yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edərək bu sahəni xüsusi nəzarətə götürmüş və qısa müddət ərzində çox böyük işlərin görülməsinə nail olmuşdur.
Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirərək hərbi sahəni daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan
Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Ən müasir hərbi texnika, silah – sursatla təchiz olunmuş Azərbaycan Milli Ordusu istənilən anda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu 02 aprel 2016-cı ildə keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübut etmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, bu gün orduda maddi texniki təchizatla yanaşı əsgərlərimizin döyüş ruhu və nizam – intizam olduqca yüksək səviyyədədir. Tarixi həqiqətdir ki, Dövlət – Xalq – Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır. Nəsimi rayon İcra Hakimiyyətində Milli Ordumuza qayğı daim diqqət mərkəzində saxlanılır. Tez – tez İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimayyətinin nümayəndələri cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər. Çıxışının sonunda natiq hərbi xidmətə yola salınan gənclərə vətənimizi şərəflə qorumağı arzulamışdır.
Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar səslənmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi