“Azercell”dən mobil telefon cihazlarının 3-cü şəxslərə təkrar satılması haqda - Xəbərdarlıq

img

09-10-2017 [17:37]


"Son vaxtlar "Azercell Telekom” MMC tərəfindən güzəştli kredit kampaniyası çərçivəsində abunəçilərin istifadəsinə verilən mobil telefon (smartphone) cihazlarının 3-cü şəxslərə təkrar satılması üzrə sui-istifadə halları müşahidə edilir".

Bu sözlər Mia.az-a "Azercell Telekom” MMC-dən verilən məlumatda bildirilib.

Məlumatda diqqətə çatdırılıb ki, belə cihazlara mülkiyyət hüququ müvafiq ödənişlər tam həcmdə həyata keçdikdən sonra əldə edilir və bundan sonra özgəninkiləşdirilə bilər:

"Bu səbəbdən ödənişləri tam həcmdə həyata keçirilməmiş və borclanmış həmin cihazlardan istifadəyə məhdudiyyət tətbiqi halları mümkündür. Belə hallarda müvafiq cihazlar ilə bağlı yaranan mübahisələrə görə "Azercell Telekom” MMC cavabdehlik daşımır və belə hüquqazidd əməliyyatlarda iştirak edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi hüququnu özündə saxlayır.

Göstərilənləri nəzərə alaraq qeyri-rəsmi, şübhəli mənbələrdən, yeni və yaxud istifadə olunmuş mobil telefon (smartphone) cihazlarını əldə etməməyi tövsiyə edirik. Eyni zamanda bildiririk ki, əldə edilməsi arzu edilən mobil telefon (smartphone) cihazının güzəştli kredit kampaniyaya aidiyyatını "Azercell Telekom” MMC-nin MX-nə müraciət etməklə dəqiqləşdirməniz mümkündür".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA