215 vəzifəli şəxs barəsində cinayət işi açıqladı - Materiallar məhkəməyə göndərildi

img

09-10-2017 [11:34]


"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

Bunu Baş prokurorun müavini, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. 

O bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur.

"Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda, mənzil - tikinti sahəsi, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində hazırda Baş İdarədə cinayət işləri istintaq olunur", - deyə K. Əliyev qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA