Ali məktəblərə qəbul olunanlara qeydiyyatdan keçmək üçün daha 2 gün vaxt verildi

img

18-08-2010 [02:48]


Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanların qeydiyyat müddəti uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından MIA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olanlar 20 avqust 2010-cu il saat 18:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. Xatırladaq ki, ali məktəblərə qəbul olunmuş abituriyentlərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatmalı idi. Ancaq TQDK bir çox abituriyentlərin hələ də qeydiyyatdan keçmədiyini nəzərə alaraq, vaxtı uzatmaq barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA