4 nazir şəhər gəzintisinə çıxdı, birgə şərab içdilər - FOTOLAR

img

08-10-2017 [19:50]


GUAM-ın xarici işlər nazirləri Gürcüstan paytaxtında "Tbilisoba” bayramının qeyd edildiyi və mərkəzi David Aqmaşenebeli prospektində yerləşən "Yeni Tiflis”ə baş çəkiblər.

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və  Pavlo Klimkin Tbilisi meri David Narmania ilə birgə "Yeni Tiflis”lə, "Tbilisoba” bayramı ilə əlaqədar təşkil olunmuş sərgilərlə tanış olublar və gürcü şərabını dadıblar.

E. Məmmədyarov Gürcüstan paytaxtında xoş əhval-ruhiyyə və atmosferin olduğunu bildirib, Gürcüstana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA