"Bərzani ilə prezidentin müavinlərinin qəbul etdiyi qərarları tanımırıq" - İraq hökuməti

img

08-10-2017 [18:22]


İraq Mərkəzi hakimiyyəti İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraq prezidentinin müavinləri İyad Əllavi və Üsamə Nuceyfi arasında görüşdə qəbul edilən qərarlarla maraqlanmır.

Bu barədə İraq Baş nazirinin nümayəndəsi Saad əl-Hədisi danışıb.

Rəsmi Bağdadın Konstitusiyaya zidd fəaliyyətləri tanımadığını bildirən Hədisi hakimiyyətin referendumla bağlı mövqeyini dəyişmədiyini bildirib.

Qeyd edək ki, İraqın Baş naziri Heydər Abadi də çıxışı zamanı İraq Kürd Muxtariyyəti ilə danışıqların yalnız referendumun ləğv edilməsindən sonra başlaya biləcəyini açıqlamışdı/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA