08-10-2017 [11:19]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qubada "QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib.
Şuradan Mia.az-a daxil olan məlumata görə, konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. F.Qurbanov QHT-lərin həyata keçirdiyi layihələr çərçivəsində görülən işlərin geniş auditoriyaya çatdırılması üçün KİV-lərlə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi və effektivliyin artırılmasının zəruri olduğunu vurğulayıb.
İcraçı direktor vətəndaş cəmiyyətinin adları qeyd olunan iki mühüm institutu arasında qarşılıqlı səmərəli əlaqələrin qurulmasının ictimai problemlərin həllində böyük faydasının olduğunu deyib. Fərasət Qurbanov QHT-KİV münasibətlərinin inkişafı üçün Şuranın həyata keçirdiyi tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Prezident Administrasiyasının məsul əməkdaşı, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. V.Quliyev prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” və "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunduğunu və bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımların vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə böyük təkan verdiyini vurğulayb.
Şura sədrinin müavini QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumat alması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılaraq dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlığın vacib olduğunu deyib.
Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud "QHT-KİV münasibətlərində inkişaf meyilləri və yeni tələblər” mövzusunda geniş məruzə ilə çıxış edib. E. Behbud Şuranın QHT-lərin fəaliyyəti ilə bağlı ictimaiyyəti daha intensiv şəkildə məlumatlandırmaq, praktik və nəzəri məsələləri işıqlandırmaq üçün yaradılan media orqanları haqqında danışaraq qeyd edib ki, "Vətəndaş cəmiyyəti” jurnalı 2008-ci ilin oktyabrından etibarən ayda bir dəfə olmaqla nəşr olunur. QHT-lərin tribunasına çevrilən qhtxeber saytı isə 2009-cu ilin iyul ayından isə fəaliyyətə başlayıb. Elməddin Behbud QHT-lərin bilik və bacarıqlarının artırılması üçün Şuranın həyata keçirdiyi davamlı tədbirlərin ictimai birliklərin KİV-lərlə daha səmərəli və peşəkar əsasda əlaqələr qurmasına yardım etdiyini deyib. Məhz bunun nəticəsi olaraq QHT-lərin fəaliyyətinin medaiada işıqlandırılmasının keyfiyyət və kəmiyyət göstəricilərində xeyli irəliləyişlər müşahidə olunur.
QHT-lərin media ilə əlaqələrinə diqqət çəkən E. Behbud deyib ki, "QHT-lər tədbirlərini sensasiyaya arxasınca qaçmadan hadisəyə çevirməyə nail olmalıdırlar. Media qurumları fəaliyyəti ictimai aktuallıq kəsb edən ideya və təşəbbüslərlə diqqəti çəkən təşkilatlarla əməkdaşlığa daha çox maraqlı olacaq”.
Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri bildirib ki, QHT-lər fəaliyyətləri ilə bağlı informasiyalarının KİV-lərdə daha çox yayılması üçün xüsusi strategiyaya malik olmalı, ilk növbədə işə PR menecerlər cəlb olunmalı və özləri üçün ictimaiyyətlə əlaqələr üzrə kadrlar hazırlamağa çalışmalıdırlar.
Konfransda "QHT-KİV münasibətlərində yeni mərhələ: sosial jurnalistika” mövzusunda məruzə ilə çıxış edən lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, müasir jurnalistikanın əsas növlərindən biri də sosial şəbəkələrdir: "Hazırki dövrdə sosial media QHT-lər üçün yeni fürsətdir. QHT-lər bu imkandan, yəni daha geniş auditoriyaya çıxış imkanı olan sosial şəbəkələrdən səmərəli və peşəkar şəkildə istifadə etməyi bacarmalıdırlar. Əgər layihə doğrudan da kreativdirsə, maraqlıdırsa, media onun barədə məlumatlara təmənnasız olaraq yer ayıracaq".
Şuranın qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov "QHT və KİV üçün sosial şəbəkələrdə PR” mövzusunda geniş təqdimatla çıxış edib.
Diskussiya şəraitində keçən konfransda Şura üzvləri Anar Xəlilov, Emin Həsənli, KİV nümayəndələri Qurban Yaquboğlu, Elşad Məmmədli, Aqil Camal, Zülfüqar Hüseynzadə, Məmməd Gülməmmədov, Seymur Verdizadə, Aqil Ələsgər, QHT rəhbərləri Eynulla Xeyrullayev, Mirhəsən Seyidov, Gülayə Səfərova, Solmaz Əliyeva, Şahin Camalov, Cəsarət Hüseynzadə, Nüşabə Məmmədova, Sevinc Kərimova, Səməd Hətəmov, Məhluqə Rəhimova, Samirə Mustafayeva, Muğamat Əliyev, Mahirə Əmirhüseynova, Xanım Əhmədzadə, Elməddin Muradlı, Rəhilə Mehdiyeva, Ədil Ədilzadə, İradə Polad, Nailə İsmayılova, İndira Şəmsivari, Məlahət Abbasova və digər şəxslər mövzu ilə bağlı fikirlər və təkliflərini səsləndiriblər.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi