"Hər iki prezident danışıqlara başlamağa hazır olduğunu bildirib" - Həmsədrlər bəyanat yaydı

img

07-10-2017 [17:14]


ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, İqor Popov və Endrü Şoferi regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.
 
APA-nın məlumatına görə, bəyanatda qeyd olunub ki, həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən görüşlərdə iki ölkənin başçılarının görüşünə hazırlığı müzakirə ediblər.
 
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə dövlət başçılarının görüşündə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıblar: "Hər iki prezident münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib".
 
Bildirilib ki, Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq.
 
Qeyd edək ki, həmsədrlərin regiona iki günlük səfəri başa çatıb. Onlar Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüblər.
 
Amerikalı həmsədr Endryu Şofer dünən Dağlıq Qarabağda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA