Prezident İlham Əliyev Putinə zəng etdi - Ad günü təbriki

img

07-10-2017 [14:02]


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA