Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

07-10-2017 [12:43]


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-23° isti, Bakıda gecə 14-16°, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA