Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər - Alimlərdən xəbərdarlıq (VİDEO)

img

06-10-2017 [22:42]


Bakıda 8-9 bal gücündə zəlzələ baş verə bilər.

Mia.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Səbail rayonunun seysmik risklərini tədqiq edərkən bu qənaətə gəliblər.

Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verənzəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb. 
Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun "20-ci sahə" və "Bayıl yamacı" adlandırılan əraziləridir.

Layihə çərçivəsində Səbail rayonu ərazindəki tikililərin özüllərinin vəziyyəti və onlarınzəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.

Gözlənilənzəlzələzamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun "20-ci sahə" və "Bayıl yamacı" faktiki olaraqzəlzələzamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA