AMEA-nın bir qrup əməkdaşına ev verildi

img

06-10-2017 [18:17]


Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunmuş toplantı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi işçilərin, elm nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən işlərdən danışıb. O deyib ki, AMEA əməkdaşlarının istirahəti, sağlamlığı, maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir: "Bu istiqamətlərdə yeni-yeni addımlar atılıb, bir sıra problemlər öz həllini tapıb.Yaşayış səviyyəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzillə təmin olunması məqsədilə evlərin inşası üçün respublikanın aidiyyəti rəhbər orqanları ilə danışıqlar davam etdirilir".

Tədbirin sonunda AMEA-nın bir qrup əməkdaşına verilmiş evlərin sənəd və açarları təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA