DGK ötən ay büdcəyə nə qədər pul köçürdü? - Rəsmi açıqlama

img

06-10-2017 [18:13]


Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 173 mln. 653,49 min manat təşkil edib.

Mia.az qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə daxilolmalar 70 mln. 26,83 min manat və ya 67,58% artıb, cari ilin avqust ayı ilə müqayisədə isə 106 mln. 474,91 min manat və ya 38,01% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 65 mln. 310,3 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 150,90 min manat, aksizlər üzrə 8 mln. 556,9 min manat, yol vergisi üzrə isə 4 mln. 110,3 min manat təşkil edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA