İsgəndər Cavadovun oğlu saxlanılıb - Xuliqanlıq etdiyinə görə (FOTO)

img

06-10-2017 [16:36]


Sabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə işıqforun qırmızı işığından keçib. SürücüYol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadovyol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.

Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdənsonra sərbəst buraxılıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA