Naxçıvanın Konstitusiyası dəyişdirilir

img

06-10-2017 [16:15]


26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklilər edilir.

Dəyişiklik Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 8-ci maddəsinə (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) təklif edilir.

I.Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

II. Məhkəmələr tətəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və Qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Həmçinin 15-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan” sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilir.

5. 41-ci maddənin mətni isə aşağıdakı yeni redaksiyada verilir:

"Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır.

Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA