Mikayıl Cabbarovdan buraxılış və qəbul imtahanlarına edilən dəyişikliklərə - Reaksiya

img

06-10-2017 [13:30]


Təhsil naziri Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib.
 
Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ilk dəfə olaraq, bu sahə ilə məşğul olan Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il öncə xəbər verilib. Nazirlin fikrincə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır.
 
O qeyd edib ki, imtahanların keçirilməsi qaydasının dəyişdirilməsi format olaraq sadələşdirilməyə yönəlib. Bu, imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir: "İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır. 25 il öncə tətbiq olunan bir  sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də edəcək. Lakin mütəmadi olaraq, baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. 9 il əvvəl məktəblərdə yeni tədris proqramı (kurikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir.

Bu sahə ilə məşğul olan həmkarlarımız digər qonşu ölkələrin də təcrübəsini öyrənib baxarsa, aşkarlanar ki, bu gün Azərbaycanda bu sahədə müzakirə edilən dəyişikliklər heç də unikal deyil. İki qonşu dövlətə - Rusiya və Türkiyədə də oxşar proseslər gedib. Yəni, imtahan formatının təkmilləşdirilməsi, bu günün tələblərinə uyğunlaşdırılması, biliklərin əmək bazarının ehtiyaclarına uyğun qiymətləndirilməsi prosesi aparılır”. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA