Obyektlərə reyestr ünvanı necə veriləcək? - Daşınmaz əmlakla bağlı sərəncam

img

05-10-2017 [19:15]


Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 981; 2010, № 7, maddə 610, № 8, maddə 720; 2012, № 2, maddə 79; 2014, № 2, maddə 123; 2015, № 9, maddə 1002; 2016, № 6, maddə 1037) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə "yerləşən” sözündən sonra "torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla),” sözləri əlavə edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA