İsmayıllıda yeni məktəb tikiləcək, qəsəbə qazlaşdırılacaq - Prezident sərəncam verdi

img

05-10-2017 [18:22]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam verib.

Mia.az xəbər vevrir ki, sərəncama əsasən, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3,5 milyon manat ayrılıb.

***

Prezident İlham Əliyevin digər sərəncamı ilə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsi qazlaşdırılacaq.

Prezident sərəncamında bununla bağlı Dövlət Neft Şirkətinə tapşırıq verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA