Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib - Açıqlama + FOTO

img

05-10-2017 [17:52]


Bir-neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sürüşmə zonalarını aktivləşdirib.

Belə ki, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. 

Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, əraziyə dərhal "Azəravtoyol"un əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA