Ölkə ərazisində hava sərinləzməyə bazlayır

img

18-08-2010 [11:05]


Bu gün avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosundan verilən məlumata görə, havanın temperaturu gündüz 34-37?, axşam 28-30? olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? olacaq. Sabah avqustun 19-da hava az buludlu, yağmursuz olacaq. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 24-26?, gündüz 35-37? olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? ehtimal olunur. Avqustun 20-də dəyişkən buludlu, yağmursuz hava olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25?, gündüz 35-37? olacaq. Avqustun 21-də dəyişkən buludlu, əsasən yağmursuz hava olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-24?, gündüz 33-36? olacaq. Azərbaycanın əksər rayonlarında sabah əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 36-38?, bəzi yerlərdə 40?, dağlarda gecə 14-19?, gündüz 27-32? olacaq. Avqustun 20-21-də əsasən yağmursuz, lakin 21-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24?, gündüz 35-37?, 20-də bəzi yerlərdə 40?, dağlarda gecə 14-18?, gündüz 25-30? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA