Ermənilər təxribata çalışdılar, azərbaycanlı deputatlar susdurdular - ATƏT PA-da QALMAQAL

img

05-10-2017 [14:55]


Erməni deputatlar ATƏT Parlament Assambleyasının payız sessiyasında növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar.

Mia.az xəbər verir ki, bu barədə modern.az-aAzərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Kamran Nəbizadə məlumat verib.
Deputat bildirib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatalar yenə də mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri məsələ ilə bağlı erməni deputatlara layiqli cavab verib.
Azərbaycanın nümayəndə heyətinin üzvləri məhz monoetnik Ermənistanda azərbaycanlıların düşmən kimi qəbul olunduğunu, işğal altındakı ərazilərimizdə cinayətlər törədildiyini və bu ölkədə Zori Balayan kimi faşistlərin qəhrəmana çevrildiyini ATƏT PA üzvlərinin nəzərinə çatdırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA