Maztağa sakini qonzunu öldürüb sonra da Samur-Abzeron su kanalına atıb

img

18-08-2010 [11:02]


Baş Prokurorluq Maştağada baş vermiş qətlin təfərrüatlarını açıqlayıb. Qurumun mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1986-cı il təvəllüdlü Quliyev Həmidağa Hatəm oğlunun itkin düşməsi ilə əlaqədar Maştağa qəsəbə sakini, 1976-cı il təvəllüdlü Babayev Rəsul Hüseynqulu oğlu avqustun 17-də Sabunçu rayon Polis İdarəsinə dəvət edilib. O, 3 avqust 2010-cu il tarixdə həmyerlisi Quliyev Həmidağa Hatəm oğlunu şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla vurub öldürməsini və meyiti Samur-Abşeron su kanalının Maştağa qəsəbəsi yaxınlığından keçən hissəsinə atdığını bildirib. Rayon Polis İdarəsindən daxil olan həmin məlumat əsasında dərhal R.Babayevin yaşadığı evin həyətinə baxış keçirilib, həyətdəki kanalizasiya quyusundan üzərlərində qanabənzər ləkələr olan şalvar, köynək və bıçaq aşkar edilərək götürülüb. Həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən edilib ki, mərum H. Quliyev fərdi ticarətlə məşğul olan R. Babayevdən qanunsuz olaraq dəfələrlə pul tələb edərək alıb və bu hallar mütəmadi xarakter daşıyıb. Növbəti dəfə, avqustun 3-də H. Quliyevin tələbinə görə R. Babayev pul vermək adı ilə onu saat 23:00 radələrində yaşadığı evə dəvət edib və üstündə gəzdirdiyi bıçaqla ürək və qarın nahiyyələrin iki zərbə vuraraq qəsdən öldürüb. Bundan sonra R. Babayev meyiti atasına məxsus ?QAZ 310290? markalı avtomaşınla Samur-Abşeron su kanalının Maştağa qəsəbəsi yaxınlığından keçən hissəsinə atıb və evinə qayıdaraq əynində qana bulaşmış köynəyini, şalvarını torbaya doldurmaqla həmin torbanı, həmçinin cinayətin aləti olan bıçağı həyətində olan kanalizasiya quyusuna atıb. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində H.Quliyevin meyiti Samur-Abşeron kanalının Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində aşkar edilib. Meyit daxili və xarici müayinə edilməsi üçün Sabunçu rayon ekspertiza şöbəsinə göndərilib. R. Babayev 18 avqust 2010-cu il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub? hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA