MDB Antiterror Mərkəzi: "Terror təhlükəsi əvvəlki kimi yüksəkdir"

img

05-10-2017 [11:40]


"MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır".

Bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir. 

Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı, MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir.

2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub. Antiterror mərkəzinin analizinə əsasən MDB ölkələrində daxil olması qadağan edilən internet resursların 90 faizi MDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant "cəlb etmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir". 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA