"Növbəti üç gündə havanın temperaturu tədricən yüksələcək” - Nazirlikdən açıqlama

img

05-10-2017 [10:59]


"Azərbaycanda növbəti üç gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, bu gündən ölkə ərazisində hava şəraiti sabitləşib:

 "Növbəti 3 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. Ola bilsin bəzi rayonlarda çiskin müşahidə olunsun, amma hava şəraiti gün ərzində yağmursuz olacaq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA