Oqtay Əsədov Litva Seyminin nümayəndə heyətini qəbul edib

img

17-08-2010 [04:45]


Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Litva Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Litva əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyən spiker bildirib ki, bu işdə dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynayıb. Milli Məclisin bütün Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edən O. Əsədov Litva ilə əlaqələrin xüsusi səciyyə daşıdığını, Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi baxımından parlamentlərin aparat əməkdaşlarının qarşılıqlı təcrübə keçdiklərini vurğulayıb. ?Hər iki ölkənin qanunvericilik orqanları ?Tvinninq? layihəsi çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Avropaya inteqrasiya baxımından Litvanın kecdiyi yol bizim ücün cox maraqlıdır?, - deyə O.Əsədov bəyan edib. A.Valinskas isə bildirib ki, deputatların və aparat nümayəndələrinin ?Tvinninq? layihəsi çərçivəsində əməkdaşlığı böyük səmərə verəcək: ?Biz münasibətlərimizin daha da genişlənməsinin tərəfdarıyıq və Bakıya səfərin əsas məqsədi də bununla əlaqədar fikir mübadiləsi aparmaqdır. Litva Azərbaycanın Avropaya inteqrasiyasına hər cür köməklik göstərməyə hazırdır?. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA