Qaçqın və məcburi köçkünlərlə bağlı fərman - Sosial-məişət problemlərinin həlli üçün vəsait artırıldı

img

04-10-2017 [23:37]


Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarı artırılıb.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” 2017-ci il 10 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.
 
Dövlət Neft Fondunun büdcəsində 2017-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər 15 milyon manat artırılıb və 90 milyon manatdan 105 milyon manata çatdırılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA