Bakıda növbəti “yaşıl soyqırım”: Ağaclar belə məhv edilir FOTOLAR/ VİDEO

img

04-10-2017 [16:58]


Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında Şərifzadə küçəsi 167-168 ünvanında iri ağaclar naməlum şəxslər tərəfindən kəsilərək, yük maşınlarına yığılır.

Fotoları BakuPost.az-a çəkib göndərən yerli sakinlər FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat versələr də, hələ heç bir tədbir görülməyib. Sakinlərin sözlərinə görə, ünvanda 2 köhnə binanın sökülməsi, yerində yeni göydələnlərin tikilməsi gözlənilir. Çox güman ki, iri yaşıl ağacların kəsilməsinin səbəbi də bu tikintiylə bağlıdır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA