Kimya üzrə Nobel mükafatının sahiblərinin adı açıqlandı - Hər biri 1 milyon dollar alacaq

img

04-10-2017 [14:45]


2017-ci il kimya üzrə Nobel mükafatının sahibləri açıqlanıb.
 
APA-nın məlumatına görə, İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafat isveçrəli alim Jak Debuşi, amerikalı alim Yoahim Frank və britaniyalı alim Riçard Hendersona verilib. 

Onlar "Məhlulda biomolekuların yüksək həll strukturunu müəyyənləşdirmək üçün krioelektron mikroskopiyanın işlənməsi” sahəsindəki tədqiqatlarına görə mükafata layiq görülüblər. 
 
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA