Ermənilər Cəbrayılda kilsə açdılar - FOTOLAR

img

04-10-2017 [12:33]


Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar.

İş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.

Bundan başqa, mərasimə separatçı "Qarabağ ordusu" komandanının müavini, general-mayor Vardan Balayan və "Yerkrapa” hərbi birləşmənin üzvləri də qatılıb.


Ermənistan işğal etdiyi Cəbrayıl rayonunun adını indiki mənbələrdə Djrakan kimi qeyd edir(Modern.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA