04-10-2017 [11:54]
"Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı...” Bu sözləri Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında deputat Çingiz Qənizadə deyib.
Mia.az musavat.com-a istinadən xəbər verir ki, bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: "Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb?
Qəzet əməkdaşları məsələ ilə bağlı bazardakı qiymətlərlə maraqlanıblar. "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, "President” yağı 18.50, "Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.
Kərə yağları ilə yanaşı, yemək yağlarının və duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır: "İdxal mallarının tənzimlənməsi üçün dövlətin əlində çoxlu imkanlar var. Gürcüstanda gömrük rüsumu və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələri arasındakı fərq də qiymətlərə təsir edir. Əgər hökumət öz əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman nəyə görə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35 faiz əlavə xərcin gəlməsinə səbəb olur. Qiymətlərin tənzimlənməsi üçün dövlətin edə biləcəyi çox şey var”.
Ekspertin sözlərinə görə, dövlətin növbəti addımı bu sahədə ciddi rəqabətin yaradılması olmalıdır: "Əgər araşdırma aparsaq görərik ki, Azərbaycana kərə yağını gətirən bir-iki şirkət var. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır. Əgər insan yağı satış məqsədi ilə gətirmirsə, niyə bu cür məhdudiyyətlər olmalıdır? Həm gömrük, həm də vergi sistemində müəyyən dəyişikliklər etməklə ciddi rəqabətli mühitin yaradılması üçün şərait yaratmaqla dövlət ədalətli hakim rolunu oynaya bilər. Bu baş vermir deyə, inhisarçılıq meyilləri yaranır. Əgər gömrükdə bir iş adamına yaşıl koridor, digərinə isə maneələr yaradılırsa, inhisarçılığın kökü oradan başlayır. Bu da qiymətlərin artmasına səbəb olur. Yağla bağlı məsələ bununla əlaqəlidir. Lojistik olaraq Gürcüstanla Azərbaycana Yeni Zelandiyadan, Avstraliyadan gətirilən yağın dəyəri eyni olmalıdır. Çox ciddi bir məsafə fərqi yoxdur. Amma qiymətlər bu qədər ciddi şəkildə fərqlənirsə, bu, vergi və gömrük siyasəti ilə, inhisarçılığın Gürcüstanda olmaması, Azərbaycanda isə uzun illərdir bir bəla kimi iqtisadiyyatı sıxmasından irəli gəlir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi