03-10-2017 [10:55]
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması imzalanıb.
UNEC-dən Mia.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq UNEC-də həyata keçirilən razılaşmaya əsasən, hər iki universitetin tələbələri UNEC və MDHİU-nun diplomunu əldə etmək imkanı qazanacaqlar:
"Müqavilənin əsas üstünlüyü UNEC-də təhsil alan fiziki məhdudiyyətli tələbələrin bu proqramda iştirak edə bilməsidir. Onlar təhsillərini MDHİU-da davam etdirərək 4 il ərzində hər iki universitetin diplomunu qazana biləcəklər".
UNEC-də təşkil olunan imzalanma mərasimində Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü Oleq Smolin və MDHİU rektoru, professor Vaqif Bayramov iştirak edib.
İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən olduğunu və fiziki məhdudiyyətli insanların daima dövlətin qayğı və diqqəti ilə əhatə olunduğunu bildirən rektor, professor Ədalət Muradov UNEC-də də bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıb. O, fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyası üçün UNEC-də inklüziv təhsil mühitinin yaradıldığını vurğulayıb. Bildirib ki, bu mühit təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, fiziki məhdudiyyətli gənclərin öz potensiallarını nümayiş etdirə bilməsi və təhsil ehtiyaclarının ödənilməsinə şərait yaradır.
MDHİU-nun rektoru, professor Vaqif Bayramov rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir: "Burada onların rahat hərəkət etmələri və təhsil almaları üçün inklüziv mühit yaradılıb və bu, universitetin əsas vəzifələrindəndir".
V.Bayramov UNEC-lə bu istiqamətdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Böyük məmnuniyyətlə UNEC-dəki həmkarlarım, eyni zamanda həmvətənlərimlə öz təcrübəmizi bölüşməyə və onlara bu sahədə dəstək olmağa hazırıq. Əminəm ki, əməkdaşlığımız hər iki universitetə öz töhfələrini verəcək”.
Burada olmaqdan məmnunluğunu bildirən Rusiya Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini Oleq Smolin UNEC-in beynəlxalq reytinqlərdə yer almasını yüksək qiymətləndirib. Təhsil sahəsində aparılan əməkdaşlıqları müsbət qiymətləndirən deputat təcrübə və fikir mübadilələrinin yeni ideyaların yaranmasına təkan verdiyini deyib. Bu baxımdan UNEC-lə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını qeyd edib. Ali təhsilin əhəmiyyətindən danışan O.Smolin bunun fiziki imkanları məhdud olan insanlar üçün daha önəmli olduğunu xüsusi vurğulayıb. Fiziki məhdudiyyətli insanlar arasında dünyanın tanınmış yazıçı, bəstəkar və siyasətçiləri olduğunu bildirib.
Görüşdə "Hamımız bərabərik” şüarı altında sosial tədbirlərin keçirilməsi təklif olunub. Əməkdaşlıq çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və UNEC-in rus dilində ən müasir dərsliklərlə təmin olunmasının əhəmiyyəti vurğulanıb. Tərəflər UNEC-in Rus İqtisad Məktəbi məzunlarının dövlət sifarişi əsasında Rusiyanın aparıcı universitetlərində magistratura təhsili ala bilməsini müzakirə ediblər. Qonaqlar Rus İqtisad Məktəbinin ən yüksək nəticə göstərən tələbələri üçün Rusiya Federasiyasının adlı təqaüdlərinin təsis olunması barədə fikir mübadiləsi aparıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi