Xınalığa 17 sm qar yağıb - Faktiki hava + FOTO

img

03-10-2017 [10:32]


Oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb.  Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-39, Lənkəran-Astara zonasında 9-110, Böyük Qafqazda 9-70, Mərkəzi-Aran rayonlarında 8-56, Kiçik Qafqazda 22-35, Qazax-Gəncə zonasında 8-25, Naxçıvan MR-da 2-10 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 17, Qırızda 7, Ləzədə 3 sm təşkil edib.       

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA