Nazirlər Kabineti bir sıra dövlət qurumlarının enerji borclarını sildi

img

17-08-2010 [12:34]


Nazirlər Kabineti ?Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə? qərar qəbul edib. Baş nazir Artur Rasizadənin imzaladığı qərara görə, 2010-cu ilin 1 yanvar tarixinə "Azərbaycan Hava Yolları" QSC-nin 99,0 mln. manat və "Azərenerji" ASC-nin 1555,4 mln. manat məbləğində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və onun qurumlarına yaranmış borcları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməklə silinib. "Azərenerji" ASC-nin də aşağıdakı debitor borcları həmin cəmiyyətin 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməklə silinib: 01.07.1997-ci il tarixə Qəbələ RLS üzrə - 14,5 mln. manat; 01.01.2002-ci il tarixə idarəetməyə verilənədək mövcud olmuş "Bakıelektrikşəbəkə" ATSC üzrə - 389,1 mln. manat; 01.10.2002-ci il tarixə idarəetməyə verilənədək mövcud olmuş "Sumqayıtelektrikşəbəkə" ATSC üzrə - 194,7 mln. manat; 01.11.2009-cu il tarixə "Sumqayıtelektrikşəbəkə" ASC üzrə - 101,8 mln. manat; 07.11.2006-cı il tarixə "Barmek Azərbaycan EŞ" MMC üzrə - 466,4 mln. manat; 01.01.2010-cu il tarixə "Azərsu" SC üzrə - 116,8 mln. manat; 01.01.2010-cu il tarixə Naxçıvan MR DEA üzrə - 113,2 mln. manat; 01.01.2010-cu il tarixə "Azəralüminium" ASC üzrə - 23,5 mln. manat; 01.01.2010-cu il tarixə "Azəristiliktəchizat" ASC üzrə - 4,1 mln. manat; 01.01.2010-cu il tarixə Meliorasiya və Su Təsərrüfatı ASC üzrə - 90,0 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə - 16,1 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə - 10,9 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə - 9,1 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə - 2,5 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə - 0,6 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə - 1,0 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə - 0,8 mln. manat; 01.01.2010-cu il tarixə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə - 0,3 mln. manat. Bu qərara əsasən borcları silinən müəssisə və təşkilatlar özlərinin və tabeliklərindəki qurumların mühasibat uçotu sənədlərində müvafiq qeydlər edilməsini və borclarının silinməsi nəticəsində əldə etdikləri gəlirlərinə qanunvericiliyə uyğun vergiləri hesablayaraq, dövlət büdcəsinə ödənilməsini təmin etməlidirlər. Həmin təşkilatlar vaxtı keçmiş borcların tənzimlənməsinin tam başa çatdırılması və qarşıya çıxan problemlərin həlli ilə bağlı aidiyyəti üzrə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA