02-10-2017 [22:28]
Xəbər verdiyimiz kimi, bu gün Zabrat qəsəbəsindən Sabunçu dairəsinə kimi böyük tıxac yaranıb. İki saata yaxın davam edən tıxacda avtomobillərin hərəkəti tamamilə dayanıb. Eyni zamanda, Sumqayıt, Dərnəgül, Q.Qarayev adlanan ərazilərdə də analoji hal yaşanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov bildirdi ki, sıxlığın yaranmasına səbəb sürücülərin yol hərəkəti qaydalarında qeyd olunan bəzi tələblərə əməl etməməsidir.
DYP sözçüsü qeyd edib ki, sürücülər artıq yol polisi əməkdaşının köməyi olmadan avtomobil idarə etməyi öyrənməlidirlər:
"İlkin olaraq deyin görüm, nə qədər Dövlət Yol Polisi əməkdaşının köməyi ilə hərəkətimizi davam etdirəcəyik? Bu suala cavab tapa bilmiriksə, deməli sualın konkret cavabı budur. Əvvəla, tədris ili başlayanda mən demişdim ki, təhsil ocaqları yerləşən ərazilərə bitişik küçə və yollarda tıxacların, sünii sıxlığın yaranması ehtimalı var. Səbəbi də dayanma-durma tələblərinin pozulmasıdır. Baxmayaraq ki, bu təlimatla bağlı hər gün təhsil ocaqlarının yerləşdiyi ərazilərə bitişik küçə və yollarda 300-dən artıq protokol yazılır. Bu, yerində yazılan protokollardır.
Qeyd etdiyim ərazilərdə dayanma-durma tələblərinin pozulması böyük narazılıq doğurur. Sentyabrın 15-dən pik saatlarda konkret olaraq bir neçə istiqamətlər üzrə sünii sıxlıq yaşanır. Bu, daha çox Neftçilər prospektində, Afyəddin Cəlilov küçəsində, İnşaatçılar, Nəriman Nərimov, Hüseyn Cavid və s. ərazilərdə yaşanır. Bu sünii sıxlıq səhər saatlarında, 07:50-08:10 radələrində olur”.
Vaqif Əsədov bu gün Sabunçu rayonunda yaşanan tıxacın səbəbini də sürücülərin yol hərəkəti qaydalarını düzgün yerinə yetirməməsində görüb: "Bu gün Sabunçu dairəsində qeydə alınan sıxlığa gəldikdə isə Koroğlu metrosu istiqamətində yolun kəşisməsində keçmə növbəliyi bəzi sürücülər tərəfindən pozulub, bu da istər-istəməz tıxacın yaranmasına səbəb olub. Mən hesab edirəm ki, yol hərəkəti haqqında qanunun tələbi ərazidə polis əməkdaşının xidmət aparıb-aparmamasından asılı olmayaraq düzgün yerinə yetirilməlidir və heç kəs bu tələblərdən özünü ayrı salmamalıdır”. Sıxlıq yaşanan ərazilərdə yol polisi əməkdaşlarının yolun kənarında durub protokol yazması sərnişinlərin narazılığına səbəb olub. Onlar bildiriblər ki, polis işçiləri vaxtında avtomobillərin hərəkətinə nəzarət edib nizamlasa, belə tıxaclar yaranmaz.
Vaqif Əsədov isə hesab edir ki, polis əməkdaşları eyni vaxtda iki işi icra etməməlidirlər. Yəni, həm yol hərəkəti qaydalarını pozan sürücülər haqqında protokol yazıb, həm də avtomobillərin hərəkətini nizamalaya bilməzlər: "Biz hansı dövrdə yaşayırıq ki, yol polisinin köməyi ilə avtomobillərin hərəkəti nizamlansın? Azərbaycan artıq bütün sahələrdə öz inkişafını tapıb və inkişaf etməkdə davam edir. Bütün küçələrdə nəzarət kameraları var, yol hərəkəti haqqında qanun var. Sürücülər sürücülük vəsiqəsini alanda, sükan arxasına keçəndə artıq bu qanunun tələbləri ilə tanış olurlar. Ona görə də ona əməl etmək hər birinin borcudur. Üstəlik texnologiyanın inkişaf etdiyi bir dövrdə niyə polis əməkdaşı yolda durub avtomobillərin gedişini nizamlasın? Avtomobilin idarəçisi özü bu hərəkəti nizamlamalıdır, yol hərəkəti qaydalarını pozmamalıdır. Həmin polis əməkdaşı dayanma-durma tələblərini pozanlara protokol yazır, protokolu yarımçıq qoyub niyə ora getməli idi? Bu polis işçisi hansı işi görsün? Siz heç bilirsiniz bizim neçə əməkdaşımız var? 100 metrdən bir əməkdaş durmalıdır? Protokol yazmasına niyə etiraz edirsiniz? Yol polislərinə qarşı bu nə aqressiv münasibətdir? Protokol yazmaq yol polisinin işidir. Öz vəzifəsini icra edir”.
Vaqif Əsədov sonda sürücülərə müraciət edərək, onlardan qanunun bir çox tələblərinə riayət etmələrini istəyib: "Sizin vasitənizlə bütün sürücülərə, eyni zamanda sərnişinlərə müraciət edirəm. Pik saatlarda yolda hərəkət edərkən, diqqətli olun. Piyadalar keçidlərdən mütləq şəkildə istifadə etsin. Avtomobillər üçün təhlükə şəraiti yaratmasınlar. Avtomobil sahibləri yol hərəkəti zamanı ayrılmış zolaqlar üzrə hərəkət etsinlər, təhlükəli manevrlər etməsinlər. Yol hərəkəti haqqında qanunun tələblərini düzgün icra edin ki, sizin kimi yolda olan insanlar getdikləri yerə gecikməsinlər, narazı qalmasınlar. Kəsişmə nöqtələrində, işıqforlarda tələsməyin, bir-birinizə yol verin”.(avtosfer)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi